"Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu" - Azər Bağırov

4.12.2024 20:33 361
Ölkə kuboku / Manşet
"Kəpəz" ölkə kubokunun 1/8 mərhələsində "İmişli"ni 1:0 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra fikirlərini bildirib:

"Bizim üçün oyun çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü "Zirə" ilə çempionat oyunumuz var. Əsas odu ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq".