“Real”da daha bir itki

15.12.2024 21:51 307
Dünya futbolu
“Real”ın zədəli futbolçularının sırasına biri də qoşulub.

Bu dəfə Rodriqo sıradan çıxıb. İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 23 yaşlı vinger əzələ zədəsi alıb. Rodriqo bu səbəbdən La Liqanın “Jirona” ilə oyununu buraxıb.

Qeyd edək ki, bu matçda madridlilərin digər zədəli futbolçuları Vinisius Junior, David Alaba, Dani Karvaxal, Eder Militao və Eduardo Kamavinqa da iştirak etməyiblər.