“Üç-dörd futbolçu var ki, onların da adını çəkmək istəmirəm” – niyə?

15.12.2024 14:33 403
Aktual / Ölkə futbolu
Məlum olduğu kimi, yanvarın 14-də Azərbaycanda qış “transfer pəncərəsi” açılacaq.

Aydın məsələdi ki, yenə də ölkəmizə onlarla legioner gələcək. Bəs qışda Azərbaycandan kənara çıxa biləcək futbolçularımız varmı? Misli premyer-liqasında çıxış edən yerli futbolçular arasında beləsini görürsüzmü? “Football-plus.az” bu sualları təcrübəli menecer Tural Əsgərova ünvanladı:

“Bir çox futbolçular var ki, Avropanın müxtəlif ölkələrinin çempionatlarında oynaya bilərlər. Söhbət yüksək səviyyəli, top liqalardan gedirsə, çətin. Cəmi üç-dörd fufbolçumuz var ki, yüksək səviyyəli çempionatlarda oynaya bilərlər. Konkret ad söyləmək istəmirəm. Həmin futbolçuları da klublarının buraxacığına inanmıram”.

ƏSƏD SEYİDOV