Qış transfer pəncərəsi nə vaxt açılır?

1.01.2024 10:52 392
Premyer-liqa
Yanvarın 11-də ölkə futbolunda qış transfer pəncərəsi açılacaq.

"Football-plus.az" xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının 2023/24 mövsümü üçün qərarında əksini tapıb.

Beləliklə, qış transfer pəncərəsi yanvarın 11-də açılacaq, fevralın 8-də isə bağlanacaq.

Qeyd edək ki, hazırda Misli premyer-liqasında fasilədi. Yarış yanvarın 21-də 19-cu turun oyunları ilə bərpa olunacaq.