“Valyadolid”in müvəqqəti baş məşqçisi müəyyənləşib.
Komandanı növbəti oyunlara Alvaro Rubio hazırlayacaq. O, uğursuz nəticələrə görə istefaya göndərilən Paulo Petsolanonun yerini tutub.
“Valyadolid” hazırda İspaniya La Liqasında 15 oyuna 9 xalla 20-ci yeri tutur.