İki oyuna çıxdı, istefaya göndərildi

4.12.2024 19:14 395
Aktual / Ölkə futbolu
Ölkə çempionatının 2-ci liqasında mübarizə aparan “Hypers Quba” bu gün növbəti dəfə baş məşqçisi ilə yolları ayırıb.

“Football-plus.az” xəbər verir ki, Quba təmsilçisi 9-cu turdan sonra Vüqar Nadirovun yerinə təyin etdiyi Zaur Hidayətovla sağollaşıb. Buna səbəb 11-ci turda “Dinamo”ya 1:4 hesablı məğlubiyət olub. Hidayatovun debüt oyununda isə komanda “Qusar”ı məğlub etmişdi - 6:0.

Xatırladaq ki, bundan əvvəl “Sumqayıt”ın akademiyasında seleksiyaçı kimi fəaliyyət göstərən Hidayətov noyabrın 22-dən “Hypers Quba”nı çalışdırırdı.

RÖYANƏ OĞUZ