“Növbəti baş məşqçimiz gənc yox, daha təcrübəli olacaq” – “Hypers Quba”nın prezidenti qəfil istefa haqda

15.11.2024 10:38 462
Aktual / Ölkə futbolu
Xəbər verdiyimiz kimi, “Hypers Quba”nın baş məşqçisi Vüqar Nadirov istefa verib. Onun klubdan ayrılması gözlənilməz oldu.

Ehtimallara görə son oyunlarda ardıcıl uğursuzluqlar, xüsusən də komandanın əsas rəqibləri ilə duellərdə uduzması bu ayrılıqda vacib rol oynayıb.

“Hypers Quba”nın prezidenti Ayaz Abdullayevlə də əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri belə oldu:

“Qarşılıqlı razılıq əsasında bu qərarı aldıq. Düşündüm ki, kluba yeni nəfəs lazımdı. Son turlardakı uğursuzluqlar da müəyyən rol oynadı. Amma sırf bu amil deyildi. Biz istəmirik ki, liqada qalmaq uğrunda mübarizə aparaq. Hədəflərimiz böyükdü. Növbəti baş məşqçimiz gənc yox, daha təcrübəli olacaq. Vüqar müəllimlə qarşılıqlı razılıq əsasında ayrıldığımıza görə təzminat məsələsi olmadı. Həm də 2-ci liqa olduğumuza görə belə şey yoxdu. Bir neçə namizədimiz var. Amma hələ ki seçim etməmişik”.

RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul