Azarkeş dəstəyi öz yerində. Amma oyunu izləyənlərin hamısı ot örtüyündən narazı qaldı. Hətta “qırmızı-qaralar”ın idman direktoru Səbuhi Səfiyarlı qəzetimizə son açıqlamasında belə meydanda futbol oynamağın mümkünsüzlüyünü söyləmişdi. Görəsən, niyə meydança bu vəziyyətdədi? Bu sualı “Karvan”ın mətbuat katibi Bəhruz Musayevə ünvanladıq:
“Vəziyyət yaxşı deyil. Qazonun durumu ilə bağlı qış fasiləsində müəyyən dəyişikliklər olacaq. Rəhbərlik tərəfindən bununla bağlı addımlar atlıacaq. Regiona yağan güclü yağış qazonu bu vəziyyətə saldı”.
ƏSƏD SEYİDOV





