"Neftçi"nin 20-ci böyükhesablı məğlubiyyəti

2.12.2024 12:17 308
Ölkə futbolu
“Neftçi” ölkə çempionatlarında 20-ci dəfə böyük hesabla məğlub olub.

"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 15-ci turuna təsadüf edib. “Ağ-qaralar” öz meydanında “Qarabağ”la görüşüb. Meydan sahibləri 0:3 hesabı ilə uduzublar.

1992-ci ildən ölkə çempionatlarının daimi iştirakçısı olan “Neftçi” 6 dəfə evdə, 14 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub. İlk belə məğlubiyyət 1992-ci il mövsümündə Sumqayıt “Xəzər”i ilə səfər matçına təsadüf edib – 0:3.