"Neftçi" məlumat yaydı - Azərbaycan derbisindən əvvəl nə baş verib?

30.11.2024 20:54 812
Ölkə futbolu
"Neftçi" Misli premyer-liqasının 15-ci turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını yekunlaşdırıb.

"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində Azərbaycan derbisindən əvvəl son məşqini reallaşdırıb. Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışmaqla kifayətlənib. Hər iki futbolçu “Qarabağ”la oyunu buraxacaq. Ayağında ağrıları olan Dembo Darbonun oynaması isə sual altındadı.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması sabah saat 19.00-da start götürəcək.