"Neftçi" "Sabah"la matça itkilərlə çıxacaq

26.01.2023 13:06 273
Premyer-liqa
"Neftçi" Misli premyer-liqasının 19-cu turunda "Sabah"la oyuna itkilərlə çıxacaq.

Football-plus.az xəbər verir ki, komandanın üç futbolçusu sözügedən qarşılaşmanı buraxacaq. Bu barədə klubun televiziyasına açıqlamasında "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı bildirib.

Onun sözlərinə görə, Türkiyədəki qış təlim-məşq toplanışında zədələnən Rəhman Hacıyev, müalicəsi davam edən Eddi İsrafilov və əməliyyatdan sonra yüngül məşqlər edən Fərid Yusifli meydana çıxmayacaqlar.

Bu gün oynanılacaq "Sabah" - "Neftçi" qarşılaşması saat 19.00-da başlayacaq.