Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb

3.08.2023 19:32 233
Ölkə futbolu
Futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Albaniyanın “Tirana Futsal”, Bosniya və Herseqovinanın KMF “Radnik Bijeljina”, Uelsin “Cefn Druids” və Şimali İrlandiyanın “Sparta Belfast” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 23-dən 26-dək Albaniyada təşkil olunacaq.