Türkiyəli hakim Səudiyyə Ərəbistanında oyun idarə edəcək

28.11.2024 15:09 327
Dünya futbolu
Tanınmış türkiyəli hakim Xəlil Umut Meler həftəsonunu Səudiyyə Ərəbistanında keçirəcək.

Belə ki, FİFA dərəcəli təcrübəli hakim şənbə günü Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunun mərkəzi oyununa - ''Əl-Şabab'' - ''Əl-Hilal'' matçına dəvət alıb. Həm Türkiyə Futbol Federasiyası, həm də Hakimlər Komitəsi bu xüsusi dəvəti müsbət qarşılayıb və Meleri Səudiyyə Ərəbistanına göndərməyə razılıq verib.

Oyun paytaxt Ər-Riyadda keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Melerin köməkçiləri Kərəm Ərsoy və İbrahim Çağlar Uyarcan olacaqsa, VAR hakimi funksiyasını almaniyalı Bastian Dankert icra edəcək. Son çempion ''Əl-Hilal'' ötən tur mövsümdə ilk dəfə uduzmaqla liderliyi əldən verdi və hazırda 28 xalla ikinci pillədə qərarlaşıb. ''Əl-Şabab'' isə 22 xalla 4-cü pillədədi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında mərkəzi oyunlara əcnəbi hakimlərin dəvət olunması prkatikasından tez-tez istifadə edilir.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul