“Neftçi”də növbəti ayrılıq

9.10.2024 20:20 331
Ölkə futbolu
"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb.

“Football-plus.az” xəbər verir ki, Bakı təmsilçisi Brayan Moreno ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı bu mövsümkü iştirak ərizəsinə salınmamışdı.