Artıq Samir bəyin gedişindən sonra boş qalacaq post üçün namizədin olduğu haqda xəbərlər yayılıb. İddialara görə, bu vəzifəyə millimizin sabiq məşqçisi Arif Əsədov gətiriləcək. Yayılan informasiyalarda bildirilir ki, mütəxəssislə şifahi razılıq əldə olunub.
“Football-plus.az” bilginin səhih olub-olmadığını öyrənmək məqsədilə Arif bəylə əlaqə saxladı:
“Hər şey ola bilər. Bu öz yerində. Amma mənimlə bu mövzuyla bağlı danışıq aparan olmayıb, hansısa razılıq əldə edilməyib. Bəlkə də AFFA-nın bu posta namizədləri siyahısında adım var. Yazanlar da məhz qurumdan məxfi məlumat əldə edib”.
Əsədovdan, ümumiyyətlə, hansısa təklif alıb-almadığını da soruşduq:
“Hansısa təklif almamışam. Premyer-liqada mövsüm davam edir. Hələ ki müşahidə edirəm. Adətən, komandalar bu vaxt baş məşqçi dəyişikliyi etmir”.
KƏNAN BAHADIR




