“Azərbaycanın milli futbol komandası heç bir beynəlxalq yarışa buraxılmamalıdı” – Sabir Rüstəmxanlıdan şok təklif

20.11.2024 16:43 438
Aktual / Ölkə futbolu
Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı da yığmanın dünənki utandırıcı məğlubiyyətinə biganə qalmayıb.

“Football-plus.az” xəbər verir ki, o, sosial şəbəkə hesabında qəzəbini belə ifadə edib:

“Məncə, Azərbaycanın milli futbol komandası heç bir beynəlxalq yarışa buraxılmamalıdı. Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır? Qoy iki-üç il ölkə daxilində, məsələn Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar…”