"Qarabağ" və "Neftçi"nin legionerləri eyni komandaya yollandı!

8.10.2024 10:52 1 048
Ölkə futbolu
"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuç Monteneqro millisinə çağırılıb.

"Football-plus.az" xəbər verir ki, onlar Millətlər Liqası çərçivəsində Türkiyə və Uelslə matçlar üçün komandaya cəlb olunublar.

"Qarabağ"ın digər oyunçusu Marko Veşoviç zədəli olduğu üçün Monteneqro millisindən kənarda qalıb.

Monteneqro millisi Türkiyə ilə okyabrın 11-də, Uels ilə isə oktyabrın 14-də qarşılaşacaq.