Həkimlər onu xilas edə bilmədilər

15.11.2024 23:23 305
Dünya futbolu
Ekvador yığmasının oyunçusu Marko Anqulo dünyasını dəyişib.

22 yaşlı futbolçu təxminən bir ay əvvəl ağır avtomobil qəzası keçirmişdi. O, xəstəxanaya yerləşdirilsə də, xəsarətləri ciddi olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Bəxtsiz Markonun sonuncu klubu “Sinsinnati” (ABŞ) olub.