Millimiz ev oyununu Qəbələdə keçirəcək

15.10.2024 13:32 370
Ölkə futbolu
Millimiz Millətlər Liqasının 5-ci turunun Estoniya ilə matçını bölgədə keçirəcək.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Azərbaycan - Estoniya matçı noyabrın 16-da saat 18.00-da start götürəcək.

Qeyd edək ki, noyabrda Bakıda COP29 sammiti keçiriləcək. Buna görə də millinin oyunu Qəbələdə təşkil olunacaq.