"Sabah" son oyununda qalib gəldi

14.11.2024 05:01 337
İdman
“Sabah” basketbol klubu Avropa kubokunda sonuncu oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, G qrupunda yarışan təmsilçimiz 6-cı turda İsveçdə yerli “Norrçepinq Dolfins” komandası ilə üz-üzə gəlib. Oyun "Sabah"ın qələbəsi ilə başa çatıb - 83:75.

Qeyd edək ki, “Sabah” 5 oyundan 5 xalla qrupda sonuncu yerdədi. Qrupda ilk iki yeri tutan komanda növbəti mərhələyə yüksəlir.