“Sabah”ın oyunlarının təqvimi

28.09.2024 13:09 134
İdman
FİBA Avropa kubokunda mübarizə aparacaq “Sabah”ın oyunlarının tam təqvimi dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz G qrupunda 6 matç keçirəcək. Bakı klubu Belçikanın “Spirou”, Yunanıstanın “Marussi” və İsveçin "Norçepinq Dolfins"lə mübarizə aparacaq.

I tur, 9 oktyabr
22.30. “Spirou” – “Sabah”

II tur, 18 oktyabr
19.00. “Sabah” - “Marussi”

III tur, 23 oktyabr
21.00. “Sabah” - "Norçepinq Dolfins"

IV tur, 30 oktyabr
19.00. “Sabah” – “Spirou”

V tur, 6 noyabr
22.30. “Marussi” – “Sabah”

VI tur, 13 noyabr
19.00. "Norçepinq Dolfins" – “Sabah”