U-17 millimiz böyük hesabla uduzdu

13.11.2024 16:52 328
Ölkə futbolu
17 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Macarıstan yığması ilə üz-üzə gəlib.

Rumıniyanın “Tunari” stadionunda təşkil olunan qarşılaşma macarların 4:0 hesablı qələbəsi ilə başa çatıb.