U-19 milimiz Bolqarıstana da uduzdu

6.04.2024 17:00 185
Ölkə futbolu / Yığma
19 yaşadək qadın futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, milli B Liqasının 4-cü qrupunda Latviyanın Salaspils şəhərindəki "Salaspils BSS" stadionunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu aprelin 9-da, saat 16.00-da "LNK Sporta Parks" stadionunda Latviyaya qarşı keçirəcək.

Xatırladaq ki, millimiz turnirdə ilk görüşündə Monteneqroya 0:4 hesabı ilə uduzmuşdu.