Nəhayət, “Mançester Yunayted” Avropa Liqasında qələbəsizliyə son qoyub.
İngiltərə klubu əsas mərhələnin 4-cü turunda PAOK-un qapısından iki cavabsız top keçirib. İlk üç turda rəqibləri ilə heç-heçə edən MY-nin yarımmüdafiəçisi Bruno Fernandeş dubl edən Amad Diallonun ilk qolunun ötürməsini verib. Avrokuboklarda 2017-ci ildə “Sportinq”in formasında debüt edən portuqaliyalı 26-cı dəfə assist edib. Bruno ötən müddətdə qitə kuboklarında ən çox məhsuldar ötürmə edən futbolçudu.