Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu, “Qarabağ”ın futbolçusu Toral Bayramovun "Bude/Qlimt"in qapısına vurduğu qol olub. 23 yaşlı futbolçu dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.
Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.
Toralın qolu ən yaxşı seçildi
Ölkə futbolu




