Türkiyəli futbolçunun qolu ən gözəl qol seçildi - VİDEO

21.10.2023 11:43 250
Dünya futbolu
Müqavilə ilə ''Qalatasaray''a məxsus olan, karyerasını icarə əsasında ''Lester''də davam etdirən Yunus Akgün qolu ən gözəl qol seçilib.

"Football-plus.az" xəbər verir ki, söhbət Yunusun Türkiyə yığmasının heyətində Latviya ilə qarşılaşmada vurduğu qoldan gedir. Həmin qarşılaşmada 4:0-lıq qələbənin əsasını məhz bu futbolçu qoymuş, Türkiyə bu zəfər ilə AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanmışdı.

UEFA-nın saytında keçirilən sorğuda Akgünün qolu 8-ci turun ən gözəl qolu seçilib. Ukraynalı Mudrikin Maltaya vurduğu qol 2-ci, isveçrəli Şakirinin Belarusa vurduğu qol 3-cü, serbiyalı Mitroviçin Monteneqroya vurduğu qol isə 4-cü pilləyə layiq görülüb.

Videonu buradan izləyin.

ƏLİ