Benzianın qolu Avropa Liqasında həftənin ən yaxşıları arasında

15.12.2023 10:31 195
Avropa Liqası
UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun ən yaxşı qolu adına namizədlər bəlli olub.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın futbolçusu Yassin Benzianın ötən axsam "Həkken"ə 2:1 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qol da ən yaxşılar arasındadı.

Digər namizədlər Jau Pedro ("Brayton"), Lorents Assinyon ("Renn") və "Olimpiakos"dan Daniel Podensedi.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.