Ronaldo azarkeşlərə “əla” göstərdi

3.11.2024 23:07 285
Dünya futbolu
Kriştiano Ronaldonun da formasını geydiyi “Əl-Nəssr” Səudiyyə Ərəbistanı çempionatının 9-cu turunda “Əl-Hilal”la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Matç zamanı “Əl-Hilal”ın azarkeşləri “Messi, Messi” şüarlarını səsləndiriblər. Onlar təbii ki, Lionel Messinin adını Ronaldonu qıcıqlandırmaq üçün qışqırıblar. Kriştiano isə onların bu hərəkətinə, sadəcə, “əla” işarəsi göstərərək cavab verib.

Yeri gəlmişkən, portuqaliyalı futbolçu 2023-cü ilin yanvarından formasını daşıdığı “Əl-Nəssr”də bütün turnirlərdə 76 matça çıxıb, 67 qol vurub və 18 qolun ötürməsini verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul