"Qarabağ"ın oyunu üçün biletlər satışda

1.11.2024 12:31 312
Avropa Liqası
Avropa Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Bude/Qlimt” (Norveç) - “Qarabağ” matçında "köhlən atlar"ı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Qarabağ"ın azarkeşlərə etdiyi müraciətdə bildirilib.

Biletlər bu gün saat 14.00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışa çıxarılacaq. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü saat 14.00-dan 16.00-a kimi "Scandic Havet" (Address: Tollbugata 5, 8006 Bode, Norge) otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidi. Biletlərin qiyməti 55 AZN-di.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdı.

Qeyd edək ki, "Bude/Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-i saat 21.45-də (Bakı vaxtı ilə) start götürəcək.