Özünə yeni komanda tapdı

25.09.2023 13:30 203
Dünya futbolu
Nəhayət, Ənvər Əl-Qazi işsizliyə son qoya bilib.

"Football-plus.az" xəbər verir ki, o, özünə yeni komandanı Almaniyada tapıb.

Niderlandlı hücumçu azad agent kimi “Maynts-05” ilə anlaşıb. Ənvərin bu klubla bağladığı müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Əl-Qazinin sonuncu klubu PSV olub. O, “Ayaks”, “Lill”, “Aston Villa” və “Everton”da da çıxış edib.