Niderland futboluna ağır itki üz verib. Ölkə yığmasının sabiq oyunçusu Yonan Neeskens vəfat edib.
O, oktyabrın 6-da 73 yaşında dünyasını dəyişib. İlkin məlumatlarda əfsanəvi futbolçunun ölüm səbəbinə ayınlıq gətirilmir. Neeskens əsasən “Ayaks” (1970-74), “Barselona” (1974-79) və “Nyu York Kosmos”dakı (1979-84) çıxışı ilə tanınıb. “Ayaks”la ardıcıl 3 dəfə Çempionlar Kubokunun qalibi olub. Sabiq yarımmüdafiəçi Niderland yığmasının da tarixində böyük iz qoyub.
1970-81-ci illərdə geydiyi milli formada DÇ-1974 və DÇ-1978-in gümüş, AÇ-1976-nın bürünc mükafatçısı olub. Yığmada keçirdiyi 49 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.