Albaniya çempionatında 8-ci turun oyunları keçirilib.
“Football-plus.az” xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Skenderbeu” ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
90 dəqiqədə meydanda olan Zamiq 30-cu dəqiqədə sarı vərəqə alıb.
Amil Yunanovun oynadığı “Bilis” isə səfərdə “Partizani”yə 0:1 hesabı ilə uduzub. Azərbaycanlı hücumçu sonadək ehtiyatda qalıb.
Hazırda "Eqnatiya” 14 xalla 2-ci, “Bilis” 5 xalla 9-cudu.