“Bavariya”nın məşqçisi soyğuna məruz qaldı

24.10.2024 15:15 292
Dünya futbolu
“Bavariya”nın məşqçilərindən biri İspaniyada soyğuna məruz qalıb.

Yerli mənbələrin məlumatına görə, hadisə Çempionlar Liqasının 3-cü turunun “Barselona” – “Bavariya” matçından əvvəl olub. Soyğunçu oktyabrın 22-də Almaniya klubunun işçisinə San Marti rayonunda hücum edərək onun bahalı saatını, iphone və pul kisəsini götürüb. Zərərçəkənin şəxsiyyəti gizli saxlanılır.

Yerli polis cinayət hadisəsi ilə bağlı araşdırma aparır.