Samir Abasovun yenilədiyi korpusa daxil edilməyən Qurbanovun fəaliyyətinə akademiyada seleksiyaçı-məşçi kimi davam edəcəyi deyildi. İctimaiyyət bu qərardan sonra onun “Neftçi”dən ayrılacağını gözləsə də, belə olmadı. Bir neçə gün öncə 44 yaşlı mütəxəssis saytımıza açıqlamasında hələ “ağ-qaralar”da qalıb-qalmayacağının sual altında olduğunu da bildirmişdi.
Bəs Qurbanov fəaliyyətini harda davam etdirəcək?
Sənan bəyin “Football-plus.az”ın sualını belə cavabladı:
“Hələ ki rəhbərliyin qərarını gözləyirəm. “Neftçi”yə gedib-gəlirəm. Yəqin ki, hər şey bir həftə ərzində dəqiqələşər. Ümumi klubun daxilindəyəm. Amma indi bir dəqiq bir qərar verilməyib. Sözsüz, "Neftçi"də qalacam. Əlimdən nə gəlirsə kömək edəcəm. İnşallah, bir həftə sonra bilinəcək”.
RÖYANƏ OĞUZ





