“Neftçi"yə xaricdən gələn məşqçilər pula gəlir, amma Tərlan Əhmədov...” – Maşalla Əhmədov

14.10.2024 08:22 1 596
Aktual / Ölkə futbolu
“Neftçi”nin yeni baş məşqçisinin kim olacağı maraq doğurur. Klub rəhbərliyinin bu vəzifəni yerli, yoxsa əcnəbi mütəxəssisə tapşıracağı hələ bilinmir.

Hər kəsin ağlında isə bir sual var: “Neftçi”ni bu böhrandan kim və necə çıxara bilər?

“Ağ-qaralar”ın veteranı Maşalla Əhmədov “Football-plus.az”ın sualını belə cavabladı:

“Xaricdən gələn heç bir məşqçi Azərbaycan klublarına kömək edə bilməz. Bu, qeyri-mümkündü. Ancaq "Neftçi"ni o durumdan çıxara biləcək insan təkcə Tərlan Əhmədov ola bilər. Ayrı adam görmürəm. "Neftçi"yə xaricdən gələn məşqçilər hamısı pula gəlir, amma Tərlan Əhmədov pula yox, futbola görə gələcək. O insan ora gəlsə, komanda böhrandan çıxacaq, başqasını görmürəm. Mən birmənalı şəkildə yerli mütəxəssisin gəlməsini istəyirəm. Yerlilərdən də Tərlan Əhmədov ən ideal namizəddi”.

RÖYANƏ OĞUZ