“Bəlkə beş dostum varsa, onlardan biri Samirdi” - Abasov “Neftçi”yə gələn kimi getdi

16.10.2024 20:31 3 023
Aktual / Ölkə futbolu
“Neftçi”nin yeni baş məşqçisi Samir Abasov bu klubun düşərgəsinə öz məşqçi korpusu ilə gəldi.

Bu üzdən Sənan Qurbanov artıq paytaxt klubunda köməkçi məşqçi olmayacaq. Qurbanovun akademiyada seleksiya işlərinə baxacağı deyilir. Bu ayrılığa səbəb kimi Abasovun onu məşqçi korpusunda görmək istəməməsi iddia olunur.

Bəs yeni baş məşqçi Qurbanova niyə inanmayıb? Bununla bağlı bilgi almaq üçün Sənan Qurbanovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Hələ ki danışıqlar gedir. Klubla müqaviləm var, indi burdayam. Ola bilər ki, köməkçi məşqçi işləməyim. Yeni baş məşqçi təyin edilib, bir qədər baş qarışıqdı. Yəqin ki, yaxın günlərdə dəqiqləşəcək. Futbol həyatı belədi. Buna baxmayaraq, hələ "Neftçi"dəyəm. Köməkçi məşqçi kimi orda olmasam da, komandaya başqa sahədə necə lazımdı, xidmət göstərəcəm. Hazırda harda olacağımla bağlı konkret qərar verilməyib. Hadisələri qabaqlamaq düzgün deyil. Samir Abasovla da münasibətim yaxşıdı. Bəlkə beş dostum varsa, onlardan biri Samirdi. Onunla uzunmüddətli dostluğum var. Birgə futbol da oynamışıq, ünsiyyətimiz çox yaxşıdı. Əlavə söhbət ola bilməz. Dostum olsa da, bilirəm ki, özünün məşqçi korpusu var. Mən gəlib o heyətdə olsam, yenə də heç bir problem olmayacaq. Sadəcə, iş prinsipləri var. Belə qərarlar ola bilir. Təbii ki, buna da rəhbərlik son sözü deyəcək. Amma qətiyyən başqa söhbət ola bilməz”.


RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul