Belə ki, klub rəsmisi Misli premyer-liqasının 10-cu turunun "Neftçi" - "Səbail" matçından sonra (3:1) "Neftçi Arena"da çəkdirdiyi şəkli paylaşıb. Bundan sonra onun "dənizçilər"dən ayrılaraq "ağ-qaralar"ın mətbuat xidmətində çalışacağını düşünənlərin sayı artıb. Paylaşımın mahiyyəti ilə bağlı məlumatı Rəşad bəydən aldıq. Onun "Football-plus.az"a cavabı:
"Neftçi"yə keçəcəyim haqda yayılan bilgilər həqiqəti əks etdirmir. Sadəcə, oyundan sonra şəkil çəkdirdim və "feysbuk" hesabımda paylaşdım. Ölkəmizin bir çox stadionunda şəklim var. İşimə "Səbail"də davam edəcəm".
KƏNAN BAHADIR





