"Neftçi"nin müraciətini PFL qəbul etdi - RƏSMİ

30.08.2022 13:40 554
Premyer-liqa
"Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena" təmirə bağlanıb.

Football-plus.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" arenanın ot örtüyündə yenilənmə işləri ilə əlaqədar müraciət edib.

“Səbail”in razılığı ilə 1-ci dövrənin 7-ci turunun oyunu “Səbail” – “Neftçi”, 2-ci dövrənin 15-ci turunun görüşü “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.

Misli premyer-liqası

7-ci turun proqramı

16 sentyabr (cümə)

20.30. “Səbail” – “Neftçi”
“ASCO Arena”

18.00. “Sabah” – “Turan Tovuz”
“Bank Respublika Arena”

17 sentyabr (şənbə)

19.00. “Qəbələ” – “Sumqayıt"
Qəbələ şəhər stadionu

18 sentyabr (bazar)

18.00. “Kəpəz” – “Şamaxı”
Qəbələ şəhər stadionu

20.30. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu