AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.
"Football-plus.az" qurumun rəsmi saytına istinadən məlumatı təqdim edir.
12.08.2023-cü il tarixində Misli premyer-liqasının 2-ci turunun “Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında “Qəbələ” klubunun futbolçusu Ülvi İsgəndərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə edilir (maddə 40.2);
14.08.2023-cü il tarixində Misli premyer-liqasının 2-ci turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubu 2-ci hissəyə gec çıxdığına görə 1500 manat cərimə edilir (maddə 60.4);
14.08.2023-cü il tarixində Misli premyer-liqasının 2-ci turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
14.08.2023-cü il tarixində Misli premyer-liqasının 2-ci turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun baş məşqçisinin köməkçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin olunur (maddə 52.4; 32);
14.08.2023-cü il tarixində Misli premyer-liqasının 2-ci turunun “Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun baş məşqçisi Adrian Mutu “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 51.8);
Əvəzedicilər liqası 1-ci tur
13.08.2023-cü il tarixində Əvəzedicilər liqasının 2-ci turunun “Zirə-2” – “Kəpəz-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);
14.08.2023-cü il tarixində Əvəzedicilər liqasının 2-ci turunun “Sumqayıt-2” – “Sabah-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sumqayıt-2” komandası 100 manat cərimə edilir (maddə 77.1).