“Kəpəz”in kapitanı hardadı? – “Mən artıq dünəndən...”

23.10.2024 17:53 314
Aktual / Ölkə futbolu
Misli premyer-liqasının 10-cu turunda “Kəpəz” evdə “Qarabağ”a 0:5 hesabla uduzdu.

“Sarı-göylər”ın əsas oyunçularından biri olan Yeqor Xvalko oyunda iştirak etmədi. Kapitan qaynatası rəhmətə getdiyinə görə oyuna bir neçə gün qalmış Belarusiyaya yollanmışdı. Onun yerinə kapitan sarğısı İlkin Qırtımovun qoluna taxılmışdı.

Bəs müdafiəçi Azərbaycana qayıdıbmı, məşqlərə qoşulubmu?
Gəncə təmsilçisinin belaruslu legioneri “Football-plus.az”a aşıqlamasında bu sözləri dedi:

“Hər şey yaxşıdı. Bəli, mən artıq dünəndən buradayam. Komanda ilə məşq etmişəm. Fikrimizi növbəti oyuna yönəltmişik”.

RÖYANƏ OĞUZ