Niderland yığmasının sabiq oyunçusu Kevin Strootman karyerasını başa vurub.
34 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında bu barədə “Karyeram başa çatır. Təşəkkür edirəm, futbol!” yazıb.
Daha çox Niderland millisi və “Roma”dakı oyunları ilə tanınan Strootman PSV, Rotterdam “Sparta”sı, “Cenoa” və “Marsel”də də çıxış edib. O, milli formada 2011-19-cu illərdə keçirdiyi 46 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.