AFFA bu komandaya texniki məğlubiyyət verdi

4.10.2024 01:25 256
Ölkə futbolu
AFFA İntizam Komitəsi U-12 Liqasında çıxış edən "Zirvə" komandasına texniki məğlubiyyət verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

“Zirvə”nin heyətində yetərsay olmadığına görə "Sabah" ilə çempionat matçı baş tutmayıb. Komanda buna görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.