UEFA-dan Umudluya təyinat

21.10.2024 11:34 263
Ölkə futbolu
FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.

Umudlu oktyabrın 23-də İsveçrə - Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə - Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim olacaq.

Vüsal Məmmədov isə həmin qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.