Azərbaycanlı hakimə yeni təyinat

22.03.2022 18:15 629
Ölkə futbolu
FİFA referisi Rauf Cabarov təyinat alıb.

"Football-plus.az" saytının məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də keçiriləcək Yunanıstan – Lixtenşteyn qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.