Bu qrupda tur sürprizsiz ötüşdü.
Favorit sayılan komandalar hesabına 3 xal yazdı. Litva 3-cü turu da xalsız tamamladı. Bu komanda nə qədər çalışsa da, evdə Kosovodan xal ala bilmədi. Qonaqlar “Lill”in ulduzu Jeqrovanın qolu ilə fasiləyə üstün yollandılar. Meydan sahiblərinin qolu isə VAR-ın işə qarışmasından sonra ofsayd üzündən qeydə alınmadı.
İkinci hissədə Krasniqi Kosovonun üstünlüyünü möhkəmləndirdi. Litvanın gücü yalnız fərqi minimuma endirməyə yetdi. Larnakadakı oyunda isə Rumıniya heç ikinci hissəyə intiriqa saxlamadı. Mirça Luçeskunun komandası ilk yarıda 3 qol vurmaqla işini həll etdi. Rumınlar hələ də itkisiz irəliləyirlər.
C liqası, 2-ci qrup
3-cü tur
Cənubi Kipr – Rumıniya 0:3 (0:3)
Cənubi Kipr: Mall, Antoniu (Stilianu, 33), Panayotu, Layfis, Yoannu, Artimatas, Kusulos (Xaralampus, 46), Loizu (Sotiriu, 46), Kastanos (Makris, 75), Tsionis (İlia, 46), Pittas.
Rumıniya: Nitse, Ratsiu, Draquşin (Gita, 82), Burka, Banku (Çipçu, 63), M.Marin, R.Marin (Olaru, 63), Stançiu, Man (Haci, 72), Miheyla, Draquş (Puşkaş, 72).
Qollar: Man, 16 (0:1). R.Marin, 25-p. (0:2). Draquşin, 36 (0:3).
Vərəqələr: Kusulos, 11. Layfis, 24. Kastanos, 31. Banku, 41. Man, 45+6. Sotiriu, 63 – sarı.
Hakim: Saşa Ştegemann (Almaniya).
12 oktyabr. Larnaka. 6092 tamaşaçı.
Litva – Kosovo 1:2 (0:1)
Litva: Gertmonas, Şirvis, Kajukolovas, Girdvaynis, Tutişkinas, Lasiçkas (Çernıx, 59), Gineytis, Vorobyovas (Qolubiçkas, 59), Slivka, Doljnikov (Paulauskas, 72), Kuçis (Matuleviçyus, 77).
Kosovo: Saipi, Voyvoda, Amir Rrahmani, Dellova, Rrudhani (Hadercyonay, 59), Recbeçay, Berişa (İ.Krasniqi, 75), Jeqrova, Musliya (E.Krasniqi, 59), Raşitsa (Yaşari, 88), Albion Rrahmani (Asllani, 88).
Qollar: Jeqrova, 20 (0:1). E.Krasniqi, 65 (0:2). Qolubiçkas, 84 (1:2).
Vərəqələr: Girdvaynis, 14. Rrudhani, 45+3. Dellova, 51. Tutişkinas, 53. Recbeçay, 86 – sarı.
Hakim: Ondrjey Berka (Çexiya).
12 oktyabr. Kaunas. 7554 tamaşaçı.
1. Rumıniya 3 3 0 0 9-1 9
2. Kosovo 3 2 0 1 6-4 6
3. C.Kipr 3 1 0 2 1-7 3
4. Litva 3 0 0 3 2-6 0
15 oktyabr: Kosovo - Cənubi Kipr, Litva – Rumıniya.