Azərbaycanlı FİFA agenti, “Güvənli Yol Bakı” şirkətinin rəhbəri Əsgər Cəfərzadə hazırda tanınmış idman hüquqşünası, “ Hasanli Sport Law” şirkətinin rəhbəri Elcan Həsənli ilə birgə ölkə xaricindədi.
Onlar ölkəmizi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Beynəlxalq İdman Hüququ Konfransında təmsil edirlər. İki gün əvvəl Londona və Mançesterə də baş çəkən Əsgər bəylə əlaqə saxlayıb, səfər təəssüratını öyrəndik:
“Hər hansı bir ölkədə idmanın vəziyyəti ümumi inkişafla bağlıdır. Dünyada tanınmış idman ölkəsi kimi qəbul edilən Azərbaycanda Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər bir sıra beynəlxalq yarışlar ən yüksək təşkilatçılıqla keçirilib, müasir idman infrastukturu yaradılıb. İdmançılarımız beynəlxalq yarışlarda medallar qazanıblar. Builki Paris Olimpiadasında Azərbaycanın müsəlman ölkələri arasında 3-cü yeri tutması da uğurdu. Dövlət müstəqilliyinin bərpasından cəmi 33 il keçdiyini nəzərə alsaq, bu, böyük hadisədi. İdmançılarımızın qazandığı qələbə uşaq idmanının inkişafına təsir edəcək. Bundan ötrü ölkəmizdə bütün zəruri şərait var. Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu nailiyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. Azərbaycan Respublikasının mohtərəm Prezidenti, cənab İlham Əliyev idamana dəstək siyasəti, ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək. Mən Beynəlxalq İdman Hüquqşünasları Assosiasiyasının uzvu, həmçinın FİFA agenti kimi idmançilarin huquqlarin qorumağa və olkəmizdə uşuq futbolunun inkişafina dəstək olmağa çalışiram. Mançesterə işguzar səfərimin məqsədi də “Mançester Siti” akademiyasanin şəraiti ilə taniş olmaq və gələn il olkəmizdən istedadlı uşaqları həmin akademiyaya cəlb etməkdi. Lissabonda keçirilən konfransın əsas mövzuları isə bunlardı: idmanda hüquqların yeni naviqasiyası, CAS hüququ, futbolda agentlərin yeni fəaliyyət qaydaları”.
RÖYANƏ OĞUZ