"Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.
Bu dəfə 5-ci İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər".
"Football-plus.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib:
Komandamızın artıq birinci qızıl medalı qazandığını diqqətə çatdıran Prezidenti İlham Əliyev bu münasibətlə komandanı təbrik edərək bildirib: