• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fərid Namazov hakimi tərəfkeşliklə, PFL-i qeyri-peşəkarlıqla suçladı – açıqlama

Aktual / Ölkə futbolu

17-10-2024, 15:0

“İmişli” futbol üzrə ölkə çempionatının 1-ci liqasının 5-ci turunda lider “Karvan”ın meydanından məğlub ayrıldı – 2:3. Nəticə qonaqların dörd oyunluq məğlubiyyətsizlik seriyasına son qoydu və onları birinci pillədən nə az, nə çox - 5 xal geri saldı.

“Football-plus.az” “İmişli”nin baş məşqçisi Fərid Namazovun oyunla bağlı fikirlərini öyrənib:

“Hələ çempionatın başlanğıcındayıq. Növbəti oyunlara köklənəcəyik. Dünənki matça gəlincə, ilk dəqiqədə qol buraxmağımız xoş olmadı. Halbuki rəqibi yaxşı təhlil etmişdik. “Karvan” oyununu Bəhruz Teymurovla Peter Kinqsin üzərində qurur. Futbolçulara bununla bağlı tapşırıq verilmişdi. Təəssüf ki, ani diqqətsizlikdən hesabda geri düşdük. Ümumiyyətlə, müdafiə xəttinin və qapıçının səhvləri bizə baha başa gəldi. İkinci hissənin əvvəlində Elmir Rəhimzadəni meydana buraxdıq. O, özünü yaxşı tərəfdən göstərib hesabı bərabərləşdirdi. Lakin Xəlil Bəşirov, Murad Qayalı, Elməddin Sultanov və Mehdi Tahirov kimi aparıcı futbolçuların zədəli olması rahat rotasiyalar etməyə imkan vermədi. Belədə komandam yoruldu və “Karvan”ın dəyişiklikləri effekt verdi. Növbəti qolları vurdular. Əslində, hesabı 2:1 etdikdən sonra xeyli qol vəziyyəti yaratdıq. Fərqi artırmaq imkanı var idi. Təəssüf ki, bunlardan yararlana bilmədik”.

Fərid bəy oyunun sonuncu dəqiqələrində baş verən anlaşmazlıqlara da aydınlıq gətirdi:

“Karvan” üçüncü qolu vurandan sonra futbolçusu Emil Qasımov texniki zonamıza, azarkeşlərimizə “sus” işarəsi göstərdi. Ardınca aləm bir-birinə dəydi. Təsəvvür edin ki, yevlaxlı azarkeşlər tribunadan gəlib bizim texniki zonanı yumruqlayırdılar. Qısası, rəqib bizi təxribata çəkirdi. Sonra meydana butulkalar atdı. Futbolçum İdris İnqilablı qırmızı vərəqə aldı. Baş hakim Rəvan Həmzəzadə deyir ki, İdris meydançaya atılan butulkanı azarkeşlərin üzərinə atıb. Amma İdris belə davranış sərgiləmədiyini bildirdi. Ümumiyyətlə, 1-ci liqada meydan sahibi komandalara tərəfkeşlik var. Gözümün qabağında “Karvan”ın futbolçusu baş hakimə, ifadəmə görə üzr istəyirəm, “korsan?” işarəsi etdi. Bu, dünyanın hər yerində sarı vərəqədi. Amma həmin futbolçu cəzasız qaldı. Hakimlərin nəsə maraqları varsa, bu başqa məsələ. Yenə də nəticəyə təsir edən qərar verdiklərini düşünmürəm. Sadəcə, xırda səhvlər ümumi işə təsirsiz ötüşmür. Biz məğlubiyyətə yox, qələbəyə layiq idik”.

Mütəxəssis təşkilatçılıqdan narazı qaldığını dedi:

“Karvan”ın stadionunda matçdan sonra yuyunmağa su yoxdu. Komanda bu çatışmazlığa görə hər dəfə AFFA İntizam Komitəsi tərəfindən cərimələnir. Amma su problemini aradan qaldırmır. Vallah, belə hallar çox gülməlidi”.
Fərid bəyin qarşıdakı “Qəbələ” ilə oyun haqda fikirlərini də öyrəndik:

“İcazənizlə əvvəlcə haşiyə çıxım. Ona görə ki, Peşəkar Futbol Liqası peşəkarlıqdan kənar fəaliyyət göstərir. Biz hələ “Qəbələ”ylə matçın dəqiq tarixini bilmirik. Rəsmi saytda təqvim 23-25 oktyabr qeyd olunub. Futbolda hər saat önəmlidi. Neçə gün istirahət etməliyik? Matça hazırlaşmaq üçün nə qədər vaxtımız var? Həftəlik proqramımızı necə tərtib edək? Bilinmir. Futbolçular da insandı. Yüklənmələr az və ya çox olanda fəsadları olur. Konkret təqvim bilinməlidi ki, ona görə hərəkət edək. Həqiqətən çox qeyri-peşəkar yanaşma var. Mən UEFA-da çalışıram. Bilirəm ki, məsələn, İngiltərədə nəinki həftəlik, aylıq planlar əvvəlcədən, heç olmasa, günlərə əsasən elan olunur. Digər tərəfdən, 1-ci liqada oyunlar niyə həftəsonu olmur? Bu, ilk növbədə azarkeş marağı baxımından vacib məsələdi. “Qəbələ”ylə oyuna gəlincə, komandanı həm fiziki, həm də psixoloji baxımdan hazırlayıb qələbə məqsədilə meydana buraxacağıq. Başqa seçimimiz ola bilməz!”

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

21-09-2024, 18:0

“Karvan” sarvanlıq edir, “Qəbələ” də işə düşdü - ŞƏRH

1-ci liqa / Manşet

25-10-2023, 16:0

“Zaqatala” və "İmişli" qalib gəldi, yevlaxlılar uduzdu - YENİLƏNİB

1-ci liqa / Manşet

26-10-2023, 17:0

"Şamaxı" "İrəvan"a, MOİK "Mingəçevir"ə qalib gəldi - YENİLƏNİB

Aktual / Ölkə futbolu

17-10-2024, 14:0

“Layiqli qələbə qazandıq” – Kənan Kərimov futbolçularından razıdı

Aktual / Ölkə futbolu

11-11-2023, 22:0

"Karvan"ın hələ çempionluq üçün şansı var" - MÜSAHİBƏ

1-ci liqa / Manşet

6-05-2024, 21:0

“İmişli” düşərgəsinə psixoloq cəlb edib - “Bu rahatlıq bizə baha başa gəldi”

Aktual
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
Son xəbərlər
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
  • Dünən, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Dünən, 15:05
    "İmişli"dən yeni transfer
  • Dünən, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Dünən, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Dünən, 13:27
    Romadan Milana üz tuta bilər
  • Dünən, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Dünən, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Dünən, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Dünən, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Dünən, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Dünən, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Dünən, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Dünən, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Dünən, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Dünən, 10:00
    Salibanı kim əvəz edəcək?
  • 3-08-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 3-08-2026, 23:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 222
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 167
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə