Kroos futbolda yeni səhifə açdı

16.10.2024 11:12 292
Dünya futbolu
Almaniya yığmasının sabiq futbolçusu Toni Kroos UEFA-nın məşqçilik kurslarına yazılıb.

“Relevo” nəşrinin məlumatında 34 yaşlı sabiq yarımmüdafiəçinin məşqçi olmaq istəyində əmin olmadığı bildirilir. Lakin o, indidən bu işə hazırlaşır. Bu kurslar “Real”ın dəstəyi ilə keçirilir.

Toni karyerasını bu yay başa vurub. O, “Real”, “Bavariya”, “Bayer-04” klublarında oynayıb. Kroos karyerası ərzində 6 dəfə Çempionlar Liqası, 6 dəfə Avropa Superkuboku və 1 dəfə dünya çempionatının qalibi olub.