Martin Edeqorun səhhəti ilə bağlı yeni xəbər yayılıb.
Onun meydana dönüşü gecikəcək. Norveçli futbolçu Millətlər Liqasının sentyabr ayında keçirilən Avstriya ilə oyununda (2:1) zədələnmişdi. Martinin yaşıl meydana noyabrda qayıda biləcəyi ehtimal olunurdu.
Lakin zədəsinin bərpa prosesi ləngiyir. Həkimlər indi onun sıraya dekabrdan tez dönə bilməyəcəyini proqnoz verirlər.